
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bir sıra dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün ümumi müsahibə elan edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 1 vəzifə üzrə 1 yer daxili müsahibəyə çıxarılıb.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 mart 2026-cı il tarixindən 31 mart 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Namizədlər müsahibə proqramı, vəzifə haqqında məlumat və müraciət forması ilə tanışlıq üçün aşağıdakı linkə keçid edə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=592