
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bir sıra dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün ümumi müsahibə elan edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 12 yer və yerli bölmələrində 5 yer olmaqla ümumilikdə 17 vəzifə ümumi müsahibəyə çıxarılıb.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 10 dekabr 2025-ci il tarixindən 8 yanvar 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Namizədlər müsahibə proqramı, vəzifə haqqında məlumat və müraciət forması ilə tanışlıq üçün aşağıdakı linkə keçid edə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=582