Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Dünya nura boyandı” və “Bütün dünya sən yaşayan küçədir” kitablarının təqdimatı keçirilib

Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq kitabxanası, 2 nömrəli Mədəniyyət Evi və Heyran xanım adına “Zərif qadınlar” Ədəbi məclisinin birgə təşkilatçılığı ilə şairə Məftunə Nurun (Hüseynbəyli) “Dünya nura boyandı” və “Bütün dünya sən yaşayan küçədir” kitablarının təqdimatı keçirilib. 

Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasında keçirilən təqdimatı giriş sözü ilə kitabxananın direktoru Ruzi Süleymanov açaraq kitabxanalarda uşaq ədəbiyyatının önəmindən bəhs etmişdir. 

Daha sonra Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Asim Yadigar “Naxçıvan ədəbi mühitində uşaq ədəbiyyatı” mövzusunda çıxış etmiş, filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Qafar Qərib, Heyran xanım adına “Zərif qadınlar” Ədəbi Məclisinin üzvü Süsən Kərimli, Naxçıvan Muxtar Respublikasının hakimləri İlqar Mirzəyev, Fərman Abbasov, “Zərif qadınlar” ədəbi məclisinin üzvləri Banu Musayeva, Sona Teymurbəyli, Rəqsanə Tapdıqlı, Sevinc Azadlı, Əzizə Həsənova təqdimatı keçirilən kitablar haqqında fikirlərini bölüşüb.
Sonda müəllif  Məftunə Nur çıxış edərək dəyərli fikirlər üçün iştirakçılara minnətdarlığını bildirib.