
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində bu mövzuda böyük maarifçi, dramaturq, yazıçı-publisist, teatr xadimi Eynəli bəy Sultanovun anadan olmasının 160 illiyinə həsr olunmuş tədbirdə muzeyinin direktoru Aləmzər İbrahimova a Eynəli bəy Sultanovun həyat və yaradıcılığından, Naxçıvan ədəbi mühitindəki rolundan və geniş maarifçilik təbliğatından bəhs edib.
AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu "Qaranlıq mühitin işıqlı adamı: Eynəli bəy Sultanov", bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov "Naxçıvan teatrının banisi" mövzusunda çıxış ediblər.
Sonda Eynəli bəy Sultanova həsr olunmuş guşəyə baxış olub.
