Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nə mediatur təşkil olunub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan mediaturda media nümayəndələri, jurnalistlər, nazirlik əməkdaşları iştirak edib.

Bildirilib ki, 2025-ci il 6-16 iyul tarixlərində Paris şəhərində keçirilən UNESCO-nun Dünya İrsi Komitəsinin 47-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Gəmiqaya Azərbaycanın ən qədim mədəniyyət nümunələrindən biridir və Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşir. Bu ərazi Tunc dövründən Orta əsrlərə qədər müxtəlif tarixi mərhələləri əks etdirən zəngin qayaüstü təsvirlərlə məşhurdur. Gəmiqaya petroqlifləri qədim insanların məişətini, inanclarını və bədii dünyagörüşünü əks etdirən nadir nümunələrdir və həm elmi, həm də turistik baxımdan böyük əhəmiyyət daşıyır.
Ordubad rayonu ərazisindəki digər maraqlı təbiət abidələrindən biri isə Göygöldür. Rayonun Nürgüt kəndi yaxınlığında, Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdə yerləşən Göygölün sahəsi 1,5 hektar, dərinliyi isə 6,5 metrə çatır. Suyunun göyümtül rəngə oxşamasına görə belə adlandırılıb. Göygöl ilin bütün fəsillərində yağan qar və yağış sularından, eləcə də gölün ortasından qaynayan bulaqlardan qidalanır. Bu təbiət abidəsinin gözəlliyi ondadır ki, burada ilin dörd fəslini də eyni anda müşahidə etmək mümkündür. Belə ki, gölün bir tərəfində qar, bir tərəfində gül-çiçək, bir tərəfində soyuq, bir tərəfində günəşli havanı eyni vaxtda müşahidə etmək mümkündür.
20 iyul tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nə mediatur təşkil olunub.
Mediatur çərçivəsində jurnalistlər və media nümayəndələri komplekslə daha yaxından tanış olub. İnanırıq ki, bu təbiət abidəsini ictimaiyyətə daha yaxşı tanıtmaq, təbliğ etmək üçün mediaturun istirakçıları olan media nümayəndələri peşəkarlıqlarından səmərəli istifadə edərək maraqlı materiallar hazırlayacaq.