Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Gəncə Dövlət Kukla Teatrı Naxçıvana qastrol səfəri edib

“Azərbaycan Mədəniyyəti 2040” konsepsiyası və ölkə başçısının mədəniyyətin inkişafına dair müvafiq sərəncamlarının icrası çərçivəsində Gəncə Dövlət Kukla Teatrı Naxçıvana qastrol səfəri edib. Qonaq kollektiv Naxçıvan Dövlət Kukla Teatrı səhnəsində ingilis xalq nağılı əsasında hazırlanmış “Üç donuz balası” tamaşasını uğurla nümayiş etdirib.
Balaca tamaşaçıların böyük marağına səbəb olan səhnə əsəri alqışlarla qarşılanıb və gün ərzində təqdim olunan tamaşa yüksək əhval-ruhiyyə yaradıb.
Qastrol səfəri çərçivəsində Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov tərəfindən Gəncə teatrının aktyor heyətinə diplomlar təqdim olunub. Eyni zamanda, Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədov xatirə hədiyyəsi ilə təltif edilib.
Qarşılıqlı mədəni əməkdaşlığın göstəricisi olaraq, Şamil Məmmədov da Naxçıvan Dövlət Kukla Teatrına xatirə hədiyyələrini təqdim edib.
Qeyd edək ki, bu kimi qastrol səfərləri ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış mədəniyyət sahəsinin inkişafına dair sərəncamların ruhuna uyğun olaraq həyata keçirilir və ölkəmizdə teatrlararası əlaqələrin genişlənməsinə, milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verir.