Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Gənc İstedadların Dram Dünyası” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsi başa çatıb.Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə may ayında start götürən və iki mərhələdən ibarət olan müsabiqədə 68 komandanın tərkibində ümumilikdə 646 məktəbli iştirak edib.

İyunun 8-də Naxçıvan şəhərində müsabiqənin mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə çıxış edən təhsil naziri Elxan Nəcəfov, gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov müsabiqənin məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, onların bədii-estetik dünyagörüşünün formalaşdırılması, teatr sənətinə marağının artırılması və milli-mənəvi dəyərlərin təbliğindəki rolundan danışıb, gənclərə yaradıcılıq uğurları arzulayıblar.

Daha sonra münsiflər heyətinin üzvləri müsabiqə ərzində nümayiş etdirilən tamaşalar, iştirakçıların hazırlıq səviyyəsi və layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Naxçıvan şəhər komandası müsabiqənin qalibi , Şahbuz və Ordubad komandaları ikinci , üçüncü yerlərin sahibi kimi qurum rəhbərləri tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqədə iştirak edən digər komandalar da təltif olunublar.

Mükafatlandırmadan sonra qalib komandanın görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Pirverdinin xoruzu" əsəri əsasında səhnələşdirilən tamaşa ilə izləyicilərin qarşısında çıxış ediblər.