Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Gənc əməkdaşlar üçün “Naxçıvanı tanıyaq” ekskursiyası təşkil olunub

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Culfa Regional Mədəniyyət İdarəsi tərəfindən yeni işə qəbul olunmuş gənc əməkdaşlar üçün “Naxçıvanı tanıyaq” devizi altında Ordubad rayonu ərazisinə ekskursiya təşkil edilib.
Ekskursiyada Culfa və Ordubad rayonları üzrə fəaliyyət göstərən gənc mədəniyyət işçiləri iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Məmməd Səid Ordubadinin, Məhəmməd Tağı Sidqinin, Akademik Yusif Məmmədəliyevin Ev Muzeyləri, Ordubad hamamı, Əfqan qalası, Ambaras, Cümə, Sərşəhər məscidləri, Ordubad məbədi və Buzxana abidəsi ilə yaxından tanış olublar.
Ekskursiyanın əsas məqsədi gənc əməkdaşların milli-mədəni irsimiz haqqında biliklərinin artırılması, tarix və memarlıq abidələrinin qorunmasının təbliği, eləcə də bu sahədə maarifləndirmə işinin gücləndirilməsi olub.