Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Gənc rəssam Ramilə Əkbərovanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi keçirilib

Ölkəmizdə gənc istedadlara göstərilən diqqət və qayğı onların yaradıcılıq imkanlarının inkişafına geniş şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin gələcəyində mühüm rol oynayır. Bu gün isə həmin gənclərdən biri olan gənc rəssam Ramilə Əkbərovanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi keçirilib. Qeyd edək ki, sərgi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunub. Öz dünyasını əsərlərində əks etdirməyi bacaran Ramilə Əkbərova kiçik yaşlarından rəssamlığa olan marağı ilə seçilib. Gənc istedad Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli İncəsənət Məktəbinin şagirdidir. Peşəkar müəllimlərin düzgün istiqamətləndirməsi ilə Ramilənin rəssamlığa olan marağı daha da inkişaf edərək məqsədyönlü yaradıcılığa çevrilib. Qısa müddətdə müxtəlif sərgilərdə iştirak edən gənc rəssam öz istedadını uğurla nümayiş etdirib.