Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Gənc rəssamın ilk fərdi sərgisi keçirilib

 Oktyabrın 16-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Musiqi Kollecinin tələbəsi, gənc rəssam Nilufər Quluzadənin “Ruhumdan bir parça” adlı ilk fərdi sərgisi keçirilib. İncəsənət nümayəndələri, tələbə və sənətsevərlərin qatıldığı sərginin açılış tədbirində gənc rəssamın 30-dan artıq əsəri sərgilənib.
    Qalereyanın direktoru Hökümə Məmmədli, Ali Məclisin deputatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva,rəssam Qəhrəman Tağıyev, Naxçıvan Musiqi Kollecinin müəllimi Anar Əlizadə və digər çıxış edənlər gənc rəssamın sənətə olan sevgisindən danışıb, tövsiyələrini bölüşüblər. 
Qeyd olunub ki, Nilufər Quluzadə realist üslubda işlənmiş əsərlərində portret, natürmort və mənzərə janrlarına müraciət edib. Sərgilənən əsərlər gənc rəssamın yaradıcılıq axtarışlarından xəbər verir. Nilufər təsviri sənətlə sıx bağlı ailədə böyüyüb. Bu yaradıcılıq mühiti onun estetik zövqünün formalaşmasında mühüm rol oynayıb.
Çıxış edənlər gənc rəssamı təbrik edib, ona sənət yolunda uğurlar arzulayıblar.
Sonra sərgi iştirakçıları Nilufər Quluzadənin yaradıcılıq dünyası ilə yaxından tanış olublar.