Sentyabrın 22-də Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə gənclər üçün “Öz zamanını yarat” adlı təlim-diskussiya təşkil edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı məsləhətçisi Elvin Əhmədov dövlət gənclər siyasətindən, muxtar respublikada gənclərin hərtərəfli inkişafı sahəsində görülən işlərdən bəhs ediblər. İlahə Haqverdiyeva təlim-diskussiyanın Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri ilə birgə ilk dəfə gerçəkləşdiyini, gələcəkdə belə tədbirlərin davam etdiriləcəyinə ümidli olduğunu bildirib.
Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun psixoloqu Ayxan Hüseynli gənclərin asudə vaxtlarının düzgün dəyərləndirilməsi, onlarda istedad və bacarıqların üzə çıxarılması və digər mövzularda fikirlərini bölüşüb.
Tədbir diskussiya formasında davam etdirilib.