Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Gənclər Təşkilatının üzvləri üçün film nümayiş olunub

       Avqustun 18-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri üçün “Pianist” filmi nümayiş olunub. Film başlamadan öncə çıxış edən Mədəniyyət Nazirliyi Aparatının “İncəsənət və təhsil müəssisələri  ilə iş şöbəsi”nin aparıcı məsləhətçisi Elvin Əhmədov gənclər üçün artıq bir ənənəyə çevrilən film nümayişinin onların asudə vaxtının düzgün dəyərləndirilməsinə, intelektual səviyyələrinin yüksəldilməsinə xidmət etdiyini bildirib.

        Qeyd edək ki, 2002-ci ildə polyak rejissor Roman Polanski tərəfindən çəkilmiş tarixi dram filmi pianoçu Vladislav Şpilmanın Polşada yaşadığı 7 il ərzində yaşadığı hadisələrin əsasında çəkilib. Bu məşhur musiqiçini ekranda Adrian Broudi canlandırıb və bu rol ona dünya şöhrəti gətirib. Film olduqca real çəkilib. Ekran əsərində İkinci Dünya müharibəsi illərində yaşanmış bir həyat təsvir edilir, müharibə dəhşətləri olduqca təsirləndirici bir şəkildə lentə alınıb.

Film Kann kino festivalında “Qızıl Palma Budağı”na və “Oskar” mükafatına  layiq görülüb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

18.08.2023