
Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvlərinin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı gənclər Ordubad rayonunda yerləşən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Məmməd Səid Ordubadinin, Məhəmməd Tağı Sidqinin və akademik Yusif Məmmədəliyevin Ev Muzeyində olublar.
Həmçinin, ekskursiya zamanı ənənəyə uyğun olaraq Culfa Rayon Gal Kənd Kitabxana Filialının müdiri Sənan İsmayılov sentyabr ayı arzində Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının keçirdiyi tədbirlərdə fəalığı ilə fərqləndiyi üçün ayın qalib gənci seçilib.
Sənan İsmayılovu təbrik edir, işlərində uğurlar arzulayırıq.