İyunun 5-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun “Dan Ulduzu” instrumental ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Tariyel Abbasovla görüşü keçirilib.
Görüşdə “Dan Ulduzu” instrumental ansamblının fəaliyyəti haqqında müzakirələr aparılıb. Hər iki tərəf bu görüşün baş tutmağından böyük məmnunluq hissi keçirdiklərini bildirib.
Tariyel Abbasov Ümummilli lider Heydər Əliyevin “Dan Ulduzu” instrumental ansamblı haqqında fikirlərini, onunla olan görüşlərini, ansambla olan qayğısından bəhs etmiş, hazırda həmin diqqət və qayğının ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilidiyini bildirmişdir. Nazir müavini Naxçıvan Muxtar Respublikasında 21-22 iyun 2024 cü il tarixlərində “Qərbi Azərbaycana gedən yol” adlı festivalın keçiriləcəyini bildirmiş, həmin festivalda ansamblın iştirakı, həmçinin gələcəkdə “Dan Ulduzu” instrumental ansamblının Naxçıvan Muxtar Respublikasında solo konsertinin keçirilməsi barədə fikirlərini diqqətə çatdırmışdır.
Görüşün sonunda xatirə fotosu çəkilib.