Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Görkəmli şair, dramaturq və mütəfəkkir Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü qeyd olunub

Oktyabrın 24-də mütəfəkkir şair, böyük dramaturq Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümüdür.

Bu münasibətlə oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı tədbir keçirilib. 

 Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədov, tədbir iştirakçıları və qonaqlar əvvəlcə Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsini ziyarət edərək gül dəstələri qoyublar. Daha sonra Hüseyn Cavidin ev-muzeyi ziyarət olunub, burada böyük sənətkarın həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanışlıq olub.

Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında tədbir davam etdirilib. 

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədov çıxış edərək Hüseyn Cavidin zəngin yaradıcılıq irsinin milli-mənəvi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ədibin irsi yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə bəşər mədəniyyətinin qiymətli sərvətlərindən biridir. Məhz bu səbəbdən Ulu Öndər Heydər Əliyevin Hüseyn Cavid irsinin qorunması və gələcək nəsillərə çatdırılması işini daiç diqqətdə saxlayıb. 1982-ci ildə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma Naxçıvana gətirilməsi və 1996-cı ildə böyük sənətkarın məqbərəsinin ucaldılması Cavid irsinə göstərilən yüksək ehtiramın ifadəsidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də Hüseyn Cavid irsinin yaşadılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Sonra Hüseyn Cavid yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə şairin yaradıcılığından danışıb. O, Hüseyn Cavidin yaradıcılığının əbədiyaşarlığına diqqət çəkərək bildirib ki, böyük sənətkar nə yazırdısa, əbədiyyət üçün yazırdı, onun bəşəri duyğuları daim yaşayacaq.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov çıxışında Hüseyn Cavidin Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoyduğunu, milli teatrın inkişafına güclü təsir göstərdiyini vurğulayıb. O, dramaturqun Azərbaycan teatr səhnələrində, eləcə də Naxçıvan teatrında tamaşaya qoyulan əsərləri haqqında məlumat verib.

Tədbir “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhəbbət İbrahimova və jurnalist, pedaqoq Ulduz Eyvazqızının çıxışları ilə davam edib.

Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları. - Xalq artisti Həsən Ağasoy, Şölə Alışova və Anar Eyvazov Hüseyn Cavidin yaradıcılığından ibarət ədəbi-bədii kompozisiya təqdim ediblər.