Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Həsən Seyidov İqdır-Azərbaycan Evində olub

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak üçün Türkiyənin İğdır şəhərinə səfəri çərçivəsində İqdır-Azərbaycan Evi ilə tanış olub.

İqdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acarla görüşən nazir müavininə Evin fəaliyyəti, gördüyü işlər və gələcək planlar barəsində məlumat verilib.

Iğdır Azərbaycan Evində sərgilənən xalçalar, rəsm əsərləri, fotoşəkillər ilə tanış olan Həsən Seyidov öz xoş təəssüratlarını diqqətə çatdırıb

Görüşün sonunda xatirə fotosu çəkilib.