Həsən Seyidov Kəngərli rayonunda vətəndaşları qəbul edib
Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tərəfindən Kəngərli rayonunda vətəndaş qəbulu keçirilib.
Qəbuldan əvvəl rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Kəngərli Rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbulda nazir müavini rayon sakinlərinin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbul zamanı vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb,bəzi məsələlər yerində həll edilib.
Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılara həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.