
Fevralın 15-də Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov tərəfindən Sədərək rayonunda vətəndaş qəbulu keçirilib.
Əvvəlcə nazir müavini Həsən Seyidov və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Sədərək rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülüb, digər müraciətlər isə yerindəcə həll edilib.
