Həsən Seyidov Şərur rayonunda vətəndaşları qəbul edib
Dekabrın 5-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tərəfindən Şərur rayonunda vətəndaş qəbulu keçirilib.
Əvvəlcə nazir müavini Həsən Seyidov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Şərur Rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbulda 67 vətəndaş iştirak edib. Nazir müavini rayon sakinlərinin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbul zamanı vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb,bəzi məsələlər yerində həll edilib.
Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.