Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Şərur rayonunda fəaliyyət göstərən bəzi mədəniyyət müəssisələrinin cari fəaliyyəti və maddi-texniki bazası ilə tanış olub.
Sonra Şərur Rayon Mədəniyyət Sarayında rayon ərazisində yerləşən uşaq musiqi məktəblərinin kollektivi ilə görüş keçirilib.
Görüşdə musiqi müəllimlərinin gələcəkdə keçiriləcək attestasiyası haqqında müzakirələr aparılıb.
Nazir müavini tərəfindən müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Həmçinin Həsən Seyidov yaxın zamanda keçiriləcək Uşaq İncəsənət Festivalına hazırlıqlarla maraqlanıb.
