Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir: “Heydər Əliyev və Azərbaycan musiqisi”

Oktyabrın 6-da M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə  keçirilən tədbirdə əvvəlcə Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan  kitabxananın direktoru Tamella Əsgərova  Ümummilli liderin yubileyinin ölkəmizdə yaddaqalan tədbirlərlə, müxtəlif layihələrlə qeyd olunduğunu bildirib.Vurğulanıb ki, müasir Azərbaycanın tarixi Ümummilli lider Heydər Əliyevin adı olmadan təsəvvür edilə bilməz. Dahi lider dövlətçilik fəaliyyətində digər sahələrlə yanaşı mədəniyyət və incəsənətin davamlı tərəqqisi, dünyada təbliği və tanınması yolunda böyük və əvəzsiz xidmətlər göstərib.

 Sonra çıxış edənlər Ulu öndərin milli musiqimizin inkişafı və tanıdılmasında müstəsna xidmətlərindən danışıblar. Qeyd olunub ki, fenomenal şəxsiyyət Heydər Əliyevin milli və professional musiqinin inkişafına dair imzaladığı  sərəncamlar, incəsənət xadimlərinin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı müxtəlif istiqamətlərdə öz əksini tapıb. Görkəmli sənətkarların irsini yaşatmaq üçün onların yubiley və xatirə gecələrinin keçirilməsi, ev-muzeylərinin yaradılması, adlarına küçə və mədəniyyət ocaqlarının verilməsi daim Ulu Öndərin diqqət mərkəzində olub.

Tədbir  “Heydər Əliyev və Azərbaycan musiqisi” adlı videoçarxın nümayişi ilə davam edib.

Tədbirin sonunda “2023-cü il Heydər Əliyev İli”dir başlıqlı sərgiyə baxış keçirilib.