Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Heydər Əliyev Sarayında Xalq artisti Fidan Hacıyevanın solo konserti olub

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında solo konserti baş tutub.

   Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konsertə baxıb.

Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiət etdiyi konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri ifa edilib. Konsert zamanı Azərbaycan Respublikasının əməkdar artisti, tarzən Zeynalabdin Babayev Xalq artistini müşayiət edib.

Fidan Hacıyevanın Naxçıvan Dövlət Filarmoniyasının solistləri-Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Elçin Nağıyev və İlkin Abdullayevlə oxuduğu duetlər maraqla qarşılanıb.

Orkestrin dirijorluğunu beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov və Prezident mükafatçısı Cahangir Qurbanov, konsertmeyster Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyeva edib.

Həmçinin konsertdə Fidan Hacıyevanın oğlu Çarli Naylor   pianoda Fridrix Şopenin “Noktürn” əsərini ifa edib.

Konsertin sonunda Fuad Nəcəfli səhnə arxasına keçərək kollektivlə görüşüb. Xalq artisti Fidan Hacıyeva dəvətə və təşkilatçılığa görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti