Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Heydər Əliyev-uşaqları sonsuz məhəbbətlə sevən lider” mövzusunda tədbir keçirilib

Kəngərli Rayon İcra Hakimiyyətinin, Təhsil və Mədəniyyət şöbələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ölkəmizdə uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Qeyd edilib ki, bu gün müstəqillik yollarında sürətlə addımlayan, iqtisadi uğurlar, siyasi sabitlik, elm, təhsil uğurları ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan bütün bunları Ümummilli Lider Heydər Əliyev siyasətinin müdrikliyinə borcludur.

Tədbirin bədii hissəsi məktəblilərin, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin və Qıvraq qəsəbəsi körpələr evi-uşaq bağçasının balaca fidanlarının təqdimatında Ulu Öndərə və Vətənə həsr olunmuş şeir və mahnılardan, milli rəqslərdən, rəngarəng kompozisiyalardan ibarət geniş konsert proqramı ilə davam etdirilib.