“Heydər Əliyev uşaqların dünyasında” mövzusunda tədbir keçirib
A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 08 may 2026-cı il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev uşaqların dünyasında” mövzusunda tədbir keçirib.
Tədbiri əvvəlcə Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı, diqqət göstərib və onların ən böyük himayədarı olub.
Sonra Kitabxananın Kitabişləmə və kataloqlaşdırma şöbəsinin böyük kitabxanaçısı Tərlan Məsumlu “Uşaqların rifahı - Heydər Əliyev siyasətinin əsas istqaməti” adlı çıxışında bildirib ki, Heydər Əliyev fəaliyyətində uşaqlara göstərilən diqqət və qayğı xüsusi əhəmiyyət daşıyırdı. O hesab edirdi ki, uşaqların xoşbəxt böyüməsi və sağlam inkişafı ölkənin gələcəyinin təminatıdır. Buna görə də dövlət siyasətində uşaqların rifahı, hüquqlarının qorunması və təhsil imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən biri olmuşdur.
Tədbirin sonunda uşaqların səsləndirdiyi şeirlər və şüarlar dinlənilib, video slayta və “Ümummilli Lider Heydər Əliyev” adlı sərgiyə baxış keçirilib.