07 may tarixdə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev uşaqların dünyasında” adlı tədbir keçirilib.
Tədbiri əvvəlcə kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd edib ki, Ulu öndərin bizə qoyduğu ən böyük miras azad, güclü və sabit Azərbaycandır. Bu gün bu ölkədə böyüyən hər bir uşaq Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin tarix filologiya fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılova “Heydər Əliyev uşaqların ən böyük himayədarı” adlı çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanın ümumilli lideri, böyük siyasi xadim və xalqının gələcəyinə dərindən bağlı bir şəxsiyyət kimi tarixə düşüb.
Sonra Kitabxananın Kitabsaxlama şöbəsinin şöbə müdiri Nazlı İsayeva “Ulu öndərin işığında” mövzusunda çıxış edərək qeyd edib ki, Heydər Əliyev uşaqları yalnız bu günün deyil, sabahın da memarları hesab edirdi. Onun siyasətində uşaqlar hər zaman ön planda olmuş, onların xoşbəxtliyi və inkişafı üçün mühüm addımlar atılmışdır.
Tədbirin sonunda uşaqların səsləndirdiyi şüarlar dinlənilmiş, video slayd və sərgiyə baxış keçirilmişdir.