Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Heydər Əliyev yolunun uğurlu davamı: Zəfər yolu” adlı tədbir keçirilib.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Heydər Əliyev İli”, ölkə başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü və Zəfər Gününə həsr olunmuş “Heydər Əliyev yolunun uğurlu davamı: Zəfər yolu” adlı tədbir keçirilib. İctimaiyyət nümayəndələri, qazilər, müəllimlər, tələbələr, kursantlar, könüllülər, əsgər və zabitlərin iştirak etdiyi tədbir çərçivəsində istedadlı gənclərin rəsm və əl işlərindən ibarət sərgi, o cümlədən Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı təşkil olunub, mövzu ətrafında çıxışlar dinlənilib. 
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təşkilatçı qurumların nümayəndələri – Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev, eləcə də Vətən müharibəsi iştirakçısı Həsən Xəlilov və fəal gənc Əli Yarıyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə nümayiş olunan “Heydər Əliyev və Zəfər yolu” sənədli filmi şanlı bayrağımıza bürünən auditoriya tərəfindən böyük maraqla izlənilib.