Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Hisslərin hərəkətlərlə harmoniyası" adlı hesabat konserti keçirilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, "Şərq qapısı" qəzetinin informasiya dəstəyi ilə Heydər Əliyev Sarayında  Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Xoreoqrafiya şöbəsinin "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş "Hisslərin hərəkətlərlə harmoniyası" adlı hesabat konserti keçirilib

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Xoreoqrafiya ixtisası üzrə müəllimi, layihə rəhbəri Fatimə Kazımova çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada  xoreoqrafiya sənətinin inkişaf yolu və məktəbin bu sahədəki uğurlarından bəhs edib. Vurğulanıb ki,  həmin məktəbin uşaqları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1-ci Uşaq İncəsənət Festivalında solo nominasiya üzrə 2-ci və 3-cü, kollektiv nominasiyası üzrə 3-cü yerin qalibi olublar. 
Sonra uşaq musiqi və incəsənət məktəbinin şagirdləri muxtar respublikanın bir sıra tarix və mədəniyyət abidələrinin qarşısında ifa etdikləri rəqs nömrələrindən ibarət videoçarx nümayiş olunub.
Konsert zamanı məktəbin istedadlı şagirdlərinin təqdimatında milli rəqslərimizdən  Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Eldar Mansurovun “Azərbaycan”, “Qavalla rəqs”, Cavanşir Quliyevin “Yallı”, həmçinin xarici bəstəkarların əsərlərində naxçıvanın ilk balerinləri tərəfindən “The Royal Ballet”, daha sonra “Flamenqo-Koster” təqdim olunub. Həmçinin Qarabağa həsr olunmuş kompozisiya nümayiş etdirilib.
Sonda mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov tədbirdə əməyi keçən hər kəsə  təşəkkür edərək  kollektivi təltif edib.
Bayram əhvali-ruhiyyəsi ilə baş tutan konsert proqramı alqışlarla sona çatıb. Daha sonra kollektiv şəkil çəkdirilib.