Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Hüseyn Cavid anadan olmasının 142-ci ildönümündə yad edilib

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin  iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Hüseyn Cavid Məqbərəsini ziyarət edib, məzarının üzərinə tər gül dəstələri qoyublar. Hüseyn Cavidin Ev Muzeyi və  Xatirə kompleksində gerçəkləşən tədbirdə mədəniyyət və və ədəbiyyyat nümayəndələri iştirak edib.
     Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı misilsiz xidmətlərindən danışıb, görkəmli dramaturqun bənzərsiz yaradıcılığı və bütöv, əyilməz şəxsiyyəti ilə özündən sonrakı ədəbi nəsillərə bir nümunə olduğunu bildirib.
Vurğulanıb ki, Görkəmli dramaturqun yaradıcılığına və şəxsiyyətinə ən layiqli qiyməti xalqımızın Ümummilli lideri  Heydər Əliyev tərəfindən verib. Ulu Öndərin rəhbərliyi ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və cənazəsinin uzaq Sibirdən tapılaraq Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri,  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb.
Tədbir AMEA Naxçıvan Bölməsinin əməkdaşı Aytən Cəfərova və Hüseyn Cavidin Ev Muzeyinin və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova çıxışları ilə davam edib.
     Tədbirin bədii hissəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram  Teatrının aktyorlarının ifasında Hüseyn Cavidin  əsərlərinin bədii qiraəti səsləndirilib. 
Sonda Muzeyin ekspozisiyasına baxış olub.