Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Hüseyn Cavidin Ev Muzeyinin yaradılmasının 44 illiyi qeyd olunub

Görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən ev muzeyinin yaradılmasının 44 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova muzeyin yaranma tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, ev muzeyi Naxçıvan şəhərində, qədim Əlixan məhəlləsində əsası 44 il əvvəl qoyulmuş, Ümummili Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Muzey Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 21 iyul 1981-ci il tarixdə qəbul etdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərara əsasən şairin 1919-cu ilədək yaşadığı evdə yaradılıb. Muzeyin rəsmi açılışı isə 1984-cü il 9 iyun tarixində olub. Muzey uzun müddət Hüseyn Cavidin Ev Muzeyi adı altında fəaliyyət göstərib, 2015-ci ildən etibarən isə dahi şairin məzarüstü abidəsi olan məqbərə də muzeyin nəzarətinə verilərək muzeyin adı Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi adlandırılıb.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova Hüseyn Cavid irsinin Ədəbiyyat Muzeyində qorunması və təbliğindən danışıb.
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin baş fond mühafizi və elmi işçisi Kəmalə Allahverdiyeva çıxışında muzeydə 44 il ərzində görülmüş fond işi barədə məlumat verib.
Tədbirdə iştirak edən Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadənin nəticəsi Zərrin Cəbrayılova çıxışında belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq tədbirin təşkilində iştirak edən hər kəsə minnətdarlığını bildirib.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.