Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Hüseyn Əsgərovun “Mədinənin bəlalı məhəbbəti” adlı kitabının təqdimatı keçirilib

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında istedadlı qələm sahibi, yazıçı və jurnalist Hüseyn Əsgərovun “Mədinənin bəlalı məhəbbəti” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Hüseyn Əsgərov peşəkar jurnalist kimi deyil, yazıçı kimi də şöhrət qazanıb. Onun özünəməxsus yaradıcılıq üslubu var. İstedadlı qələm sahibi yazılarında həmişə cəmiyyəti narahat edən, dövrümüzün aktual problemlərinə toxunub.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair, dramaturq Asim Yadigar “Hüseyn Əsgərovun bədii yaradıcılığı və tərcümələri”, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Hüseyn Əsgərovun hekayələrində ictimai-siyasi həyatın təsviri”, AMEA Naxçıvan Bölməsinin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramiz Qasımov “Hüseyn Əsgərovun çoxcəhətli yaradıcılığı”, Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti Muxtar Məmmədov “Hüseyn Əsgərovun publisistikası” və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Hüseyn Əsgərovun yaradıcılığında Naxçıvan mövzusu” ilə çıxış ediblər.
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Təranə Arifqızı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş redaktoru Əhməd Əhmədov, müəllifin qələm yoldaşları və dostları kitab haqqında öz fikirlərini bildirib, müəllifə yaradıcılıq uğurları arzu ediblər.
Sonda müəllif tədbirin təşkili üçün kitabxana rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürünü bildirib və iştirakçılara kitabını hədiyyə edib.