“İlk Addım” layihəsi çərçivəsində iki yeni monotamaşanın premyerası keçirilib.
Naxçıvan Dövlət Kukla Teatrında “İlk Addım” layihəsi çərçivəsində iki yeni monotamaşanın premyerası keçirilib.
Teatr səhnəsində “İlk Addım” monotamaşa layihəsi çərçivəsində iki yeni səhnə əsərinin – “Unuda Bilmirəm” və “Səssiz Fəryad” monotamaşalarının premyerası baş tutub.
Tədbiri teatrın direktoru-bədii rəhbəri və layihə rəhbəri Səyyad Məmmədov açaraq qonaqları salamlayıb, layihənin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib. O, qeyd edib ki, bu layihə aktyorların fərdi yaradıcılıq potensialını üzə çıxarmağa, səhnədə yeni bədii baxış formalaşdırmağa və monotamaşa janrının inkişafına xidmət edir.
Premyera tamaşaları dərin məzmunu, emosional ifaları və səhnə həlli ilə tamaşaçıların böyük marağına səbəb olub. Tədbirin sonunda keçirilən yaradıcılıq dialoqunda qonaqlar və tamaşaçılar əsərlərlə bağlı təəssüratlarını bölüşərək teatr kollektivini uğurlu premyera münasibətilə təbrik ediblər.
“İlk Addım” layihəsinin bu premyeraları teatrda yaradıcılığın ruhu və səhnə mədəniyyətinin yeni nəfəsi kimi yadda qalıb.