Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları ali dəyər kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının zalında təşkil olunan tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Kamandar Ələkbərov açıb. O, insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov insan hüquqlarının hüquqi təminat mexanizmləri, qanunvericilik bazası və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib. Naxçıvan Dövlət Universitetinin müəllimi Nuranə Kərimova isə insan hüquqlarının cəmiyyətin inkişafında rolu, hüquqi maarifləndirmənin əhəmiyyəti və insan ləyaqətinin qorunmasının vacibliyindən bəhs edib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri “İnsan hüquqları aylığı” elan olunur. Aylıq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə keçirilir və əsas məqsəd insan hüquq və azadlıqlarının təşviqi, hüquqi maarifləndirmənin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi və insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasıdır. Həmçinin 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir.
Tədbir iştirakçıları ilə insan hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu və vətəndaş məsuliyyəti mövzularında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.