Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“İntellektual kitabxanaçı” adlı bilik müsabiqəsi keçirilib

31 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kitabxana əməkdaşları arasında “İntellektual kitabxanaçı” adlı bilik müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Nazirliyin əməkdaşı Aygün Heydərli müsabiqənin keçirilməsində əsas məqsədin kitabxanaçıların kitabxana işi üzrə hazırlıq səviyyəsinin və müasir dünyagörüşünün artırılması, cəld və analitik düşünmə bacarığının inkişaf etdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi olduğunu vurğulayıb.
İki turdan ibarət olan yarışda ümumilikdə 8 komanda iştirak edib. Final mərhələsində 4 komanda mübarizəni davam etdirib.
Nəticələrə əsasən, Kəngərli Rayon MKS-nin “Xudafərin” komandası I, Culfa Rayon MKS-nin “Zirvə” komandası II, Babək Rayon MKS-nin “Zəfər” komandası isə III yerə layiq görülüb. Qaliblər diplomlarla təltif olunub.