Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“İntellektual kitabxanaçı” bilik müsabiqəsinin qalibləri bəlli olub

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İntellektual kitabxanaçı” bilik müsabiqəsi keçirilib.

Müsabiqənin məqsədi Nazirliyin sistemində fəaliyyət göstərən gənc kitabxanaçıların kitabxana işi üzrə hazırlıq səviyyəsini və dünyagörüşünü artırmaq, cəld və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, həmçinin onlar arasında yoldaşlıq münasibətlərini və komanda ruhunu möhkəmləndirməkdir.

Müsabiqə başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli iştirakçılara müsabiqənin məqsədi və keçirilmə qaydaları barədə məlumat verib.

Seçim və final turlarından ibarət olan müsabiqədə iştirakçılar kitabxana işi və ümumi dünyagörüşü ilə bağlı sualları cavablandırıblar.

Müsabiqənin yekununda münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirilib. Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Zəfər” komandası I, Şərur Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Arpaçay” komandası II, Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Xudafərin” komandası isə III yerə layiq görülüb.

Qaliblər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomları ilə təltif olunublar.

Müsabiqə gənc kitabxanaçıların bilik və dünyagörüşünün artırılması, onların intellektual potensialının üzə çıxarılması baxımından əhəmiyyət daşıyıb.