Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Kamal Abdulla Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi ilə görüşüb

Azərbaycanın tanınmış alimi, yazıçısı, ictimai xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı və Əməkdar elm xadimi, Birinci dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi ilə görüş keçirib.
Görüş zamanı teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov dəyərli yazıçının qələmə aldığı “Kim deyir ki, Simurq quşu var imiş?” əsəri əsasında yeni tamaşanın hazırlanacağını elan edib. “Simurq quşu” tamaşasının yaxın günlərdə ilk məşqlərinə başlanacağı bildirilib.
İki saata yaxın davam edən görüşdə Kamal Abdulla teatrın aparıcı səhnə ustalarının və gənc aktyorların suallarını cavablandırıb, sənət və ədəbiyyatla bağlı fikir mübadiləsi aparıb. Sonda kollektivlə xatirə şəkli çəkdirən yazıçı, Naxçıvan Dövlət Milli Dram Teatrının yaradıcı heyətinin peşəkarlığını və səmimiyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, bu ilin 4 dekabr tarixində Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyi qeyd olunacaq.