Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Kamandar Ələkbərov: Yeni strukturun formalaşdırılması mədəniyyət sahəsində idarəetmənin çevikliyini artıracaq

Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Mədəniyyət Nazirliyinin yeni strukturla fəaliyyətə başlaması bu istiqamətdə həyata keçirilən islahatların davamı kimi qiymətləndirilir. Yeni strukturun mahiyyəti, regional idarələrin fəaliyyəti və mədəni irsin qorunması sahəsində edilən yeniliklər barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Kamandar Ələkbərov suallarımızı cavablandırıb:

– Kamandar müəllim,  Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb. Bu dəyişikliklərin əsas məqsədi nədir və yeni idarəetmə modeli nələri hədəfləyir?

– Struktur dəyişikliyi nazirliyin fəaliyyətini müasir idarəetmə prinsiplərinə uyğunlaşdırmaq, qərarların daha operativ qəbulunu təmin etmək və resurslardan daha səmərəli istifadə olunmasına yönəlib. Yeni strukturun formalaşdırılması mədəniyyət sahəsində idarəetmənin çevikliyini artıracaq, fəaliyyətin koordinasiyasını gücləndirəcək və yerlərdə işin daha sistemli təşkilinə imkan verəcək.

Nazirliyin Aparatının yeni tərkibi mədəniyyət, mədəni irs, insan resursları, sənədlərlə iş, maliyyə və təminat, incəsənət və təhsil, daxili nəzarət və audit, media və kommunikasiya kimi istiqamətləri əhatə edir. Bu həm də nazirliklə bölgələr arasında əlaqələrin daha sıx və effektiv qurulmasına şərait yaradacaq.

Yeni yaradılan Naxçıvan, Şərur və Culfa Regional Mədəniyyət idarələrinin fəaliyyəti nəticəsində mədəniyyət müəssisələrinin idarə olunmasında koordinasiya güclənəcək, maliyyə və mühasibat uçotu daha mərkəzləşdirilmiş və şəffaf şəkildə həyata keçiriləcək. Əsas məqsəd vətəndaşlara daha keyfiyyətli mədəni xidmət göstərməkdir.

– Yeni struktur mədəni irsin qorunması istiqamətində hansı yenilikləri təmin edəcək?

– Bu sahədə fəaliyyət daha sistemli şəkildə qurulub. Nazirliyin Aparatında Mədəniyyət və mədəni irs şöbəsinin yaradılması abidələrin vəziyyətinə nəzarətin gücləndirilməsinə, onların qorunması, öyrənilməsi, təbliği, bərpası və konservasiyası ilə bağlı işlərin səmərəli həyata keçirilməsinə imkan verir. Yeni struktur, həmçinin bu istiqamətdə qəbul edilən qərarların daha operativ icrasını təmin edəcək.