Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı növbəti tamaşanı rayon ictimaiyyətinə təqdim edib

Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı tərəfindən Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist Seyfəddin Dağlının“Bekarçılıq kontoru” pyesi əsasında hazırlanan 2 pərdəli “Oyun bitdi” tamaşası səhnələşdirilib.     
Tamaşa  bir rəssamın avtobusda gördüyü katibə qıza aşiq olması, onun ardınca iş yerinə gəlməsi və orda olanlara şahid olması ilə başlayır. Kontorda heç bir fəaliyyət yoxdur.   İşçilər vaxtlarını şahmat, domino oynamaqla, yeyib-içməklə keçirirlər. Müdir Murquzov isə kontorun bağlanma qorxusu ilə yaşayır. İşçilərin heç bir məşğuliyyətləri olmadığından onları iş adı altında idmanla məşğul olmağa təşviq edir. Bütün bu olanlara şahid olan rəssam yuxarı dairələri məlumatlandırır. Nəticə etibarı ilə kontor fəaliyyətsizliyi ucbatından bağlanır.
Uğurla təqdim olunan tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, tərtibatçı Hikmət Əliyev, musiqi hissə rəhbəri Qasım Rəsulov, işıq və səs operatoru Müseyib Fərzəliyevdir. 
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Pərvin Həsənov  kollektivi uğurlu çıxışına görə  təbrik edib və gələcək  fəaliyyətlərində uğurlar arzulayıb.