Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Kazım Ziya adına Ordubad rayon Xalq Teatrı növbəti tamaşanı rayon ictimaiyyətinə təqdim edib

Yanvarın 29-da Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad rayon Xalq Teatrı tərəfindən görkəmli Azərbaycan yazıçısı - dramaturq Əhməd Orucoğlunun
“Pul dəlisi” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunub.
Pul dəlisi tamaşası pul hərisliyinin insan xarakterini necə dəyişdirdiyini, mənəvi dəyərləri necə arxa plana atdığını satirik və gülüş dolu üslubda əks etdirir.
Əsərdə pulun insan münasibətlərinə, ailə bağlarına və vicdana təsiri tənqidi baxışla təqdim olunur.
Hadisələr zamanı gülməli situasiyalarla yanaşı, düşündürücü məqamlar da tamaşaçının diqqətinə çatdırılır. Tamaşa güldürərək düşündürməyi qarşısına məqsəd qoyur.
Tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, tərtibatçı rəssamı Hikmət Əliyev, işıq və səs operatoru Müseyib Fərzəliyevdir.
Uğurla təqdim olunan tamaşa böyük maraq və alqışlarla qarşılanıb.
Tamaşadan sonra Culfa Regional Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov kollektivi uğurlu çıxışına görə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.