Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Kitab ayrıcılarının düzəldilməsi” – yaradıcı düşüncə ilə mütaliə sevgisi bir arada

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Yayın sehrli səhifələri” layihəsi çərçivəsində təşkil olunan növbəti masterklass “Kitab ayrıcılarının düzəldilməsi” mövzusuna həsr olundu.
Tədbirdə iştirak edən uşaqlar öz fantaziyalarına uyğun olaraq müxtəlif materiallardan rəngli, maraqlı və fərdi kitab ayırıcıları hazırladılar. Əl işi ilə hazırlanan bu ayrıcılar balacaların kitab oxuma vərdişinə rəng qatmaqla yanaşı, onların yaradıcılıq və zövq hissini də inkişaf etdirdi.
 Tədbirin əsas məqsədi uşaqlarda kitaba marağı artırmaq, oxu prosesini əyləncəli və fərdi hala gətirmək, eyni zamanda estetik düşüncə və əl bacarığını gücləndirmək idi.
Master-klassın sonunda hər bir uşaq öz hazırladığı kitab ayrıcını nümayiş etdirərək, onu sevdiyi kitabla birgə yaddaşda saxladı.
Layihə: “Yayın sehrli səhifələri”
Məkan: A.Babayev adına Uşaq Kitabxanası
Müddət: 1 iyul – 1 sentyabr 2025
Oxumaq gözəldir, bu gözəlliyi sevimli ayrıcılarla daha da rəngləndirmək isə balacaların işidir...