Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Kitab müzakirəsi keçirilib

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, şair Alməmməd Eldaroğlunun “Öpəndə torpağı bayraq kölgəsi” adlı kitabının müzakirəsi keçirilib.
Tədbiri başlamazdan öncə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Alməmməd Eldaroğlu çoxlu sayda şeir, poemaların müəllifidir. “Öpəndə torpağı bayraq kölgəsi” adlı kitabı onun oxucularla on üçüncü görüşüdür. Bu kitabda yer alan poetik əsərlər vətənpərvərlik mövzusundadır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-publisist, dramaturq Asim Yadigar “Öpəndə torpağı bayraq kölgəsi” adlı mövzu ilə çıxış edərək bildirib ki, kitabın gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rolu olacaq. Kitabda hər bir şeirdə, poemada Vətən sevgisi qırmızı xətt kimi misralardan boy verib boylanır. Ürəkdən, içdən gələn duyğular səmimi, kövrək misralarla sanki şəhidlərimizə layla çalır, vətən torpağında əbədi uyuyan qəhrəmanlara qəhrəmanlıq nəğməsi oxuyur.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Vəsilə Cəfərova “Qayıt gəl”, Elnurə Əsgərova “Şəhadətə çatan şəhid”, Nəzmiyyə Həsənova “Xatirəsi olan yer” adlı şeirləri qiraət edib, tədbirdə iştirak edən şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov, şairin qələm yoldaşlarından Elxan Yurdoğlu, Zülfiyyə İsmayıl, Ünbülbanu Musayeva, Vəli Qaraxan, Zeyqəm Vüqar, Hüseyn Əsgərov kitab haqqında öz fikirlərini bildiriblər.
Tədbirin sonunda şair Alməmməd Eldaroğlu şəhid ailələrinə və tədbirin təşkili üçün kitabxananın kollektivinə öz minnətdarlığını bildirib, tədbir iştirakçıları müəllifin kitabxananın fondunda olan digər kitabları ilə tanış olub, xatirə şəkilləri çəkilib.
Sonda “27 Sentyabr-Anım Günü” adlı sərgiyə baxış keçirilib.