Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Kitab təqdimatı keçirilib

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Əməkdar dövlət qulluqçusu Sarvan İbrahimovun “Həmid ağa Şahtaxtinski, Cümhuriyyət qurucularından biri” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Həmid ağa Şahtaxtinski görkəmli şəxsiyyətlərdəndir. O bütün ömrü boyu Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparıb. Bu mövzuda çox kitablar yazılıb. Amma bu gün təqdimatını keçirdiyimiz kitab digər kitablardan fərqlənir. Çünki müəllif burada real faktlara, arxiv materiallarına istinad edib.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının tarix elmləri doktoru, professor Sevinc Abbasova “Şahtaxtinskilər nəslinin dövlətçilik tarixində rolu”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli “Həmid ağa Şahtaxtinskinin əqidə və məslək dostları”, Fəxri mədəniyyət işçisi Südabə Süleymanova “Həmid ağa Şahtaxtinski nəşrlərdə və mətbuat səhifələrində”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Ömrü sürgündə bitən millət cəfakeşi”, Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “İstiqlal Bəyannaməsinin müəlliflərindən biri – Həmid ağa Şahtaxtinski” və jurnalist Tünzalə Hüseynova “Kitabda olan sənədlərin tərcüməsi haqqında” mövzularla çıxış edərək bildiriblər ki, Həmid ağa Şahtaxtinski Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, İstiqlal Bəyannaməsini imzalayan şəxslərdən biri olub. O, Azərbaycanda təhsilin, maarifin inkişafında misilsiz xidmətlər göstərib. Kitabda Həmid ağa Şahtaxtinskinin müasirləri, istiqlalçı dostları, ailəsi ilə birlikdə olan maraqlı tarixi fotoşəkillər, qəzet və arxiv materialları, nəşrlərdən nümunələr daxil edilib.
Sonra müəllif apardığı araşdırmalardan, tədqiqatlardan söhbət açıb və tədbirin təşkili üçün kitabxana rəhbərliyinə öz minnətdarlığını bildirib.
Sonda müəllif kitabını tədbir iştirakçılarına hədiyyə edib.