Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Kitab təqdimatı keçirilib

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş Əsgər İbrahimovun “Jurnalist ömrünün əbədiyyət nəğməsi” adlı kitabının təqdimatı keçirilib.
Tədbir başlamazdan öncə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimatı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov açaraq qeyd edib ki, kitab hər bir azərbaycanlı üçün mübarizlik salnaməsidir. Hər kəsə örnək olan igid, vətənpərvər jurnalistlərimizin amalı həmişə Vətən, Millət olub. Şəhid-jurnalist Məhərrəm İbrahimovun timsalında vətənpərvər övladların həyat hekayəsi bütün dünyaya Vətən sevgisinin nə olduğunu sübut etdi. Qələmini silaha dəyişən mətbuat işçiləri bu gün də vətənpərvərlik missiyalarını layiqincə yerinə yetirirlər.
Kitabın müəllifi, şəhid-jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov kitab haqqında çıxış edərək bildirdi ki, bu kitab yaşadığımız müstəqillik dövrünün olduqca maraqlı və yaddaqalan epizodlarını öz səhifələrində dolğun bir şəkildə canlandırır. Kitab bir reportyorun həyat hekayəsi olmaqla yanaşı, həm də geniş mənada son 20 ilin, o cümlədən 44 günlük Qarabağ savaşının mötəbər salnaməsi və Məhərrəm İbrahimovun tarixə yaradıcılıq əmanətidir. Kitabda Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə dolğun materiallar əks olunub.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Sevərək yaşadı, sevilərək xatırlanır” və Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Milli mətbuatımızın şəhid jurnalistləri” adlı mövzularla çıxış edərək bildiriblər ki, Məhərrəm İbrahimov İkinci Qarabağ savaşının ilk şəhid-jurnalisti olub.