Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Kitab təqdimatı keçirilib

      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Məmməd Səid Ordubadi adına Respublika Kitabxanası və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə  Konstitusiya və Suverenlik ili çərçivəsində əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum", Vaqif Osmanlının "Ulu Öndərin canlı əsəri” Tərlan", Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayısı" kitablarının təqdimatı keçirilib.

Təqdimat başlamazdan öncə vətənimizin müstəqilliyi uğrunda canlarından keçən əziz şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Təqdimatı giriş sözü ilə açan kitabxananın direktoru Tamella Əsgərova qonaqları salamlayaraq bildirib ki, Mirvarid Dilbazi Poeziya Məclisi ədəbiyyatımızla bərabər, milli-mənəvi dəyərlərimizi təbliğ edir.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı Birliyin milli-mənəvi dəyərlərə önəm verməsindən, onu nəinki Azərbaycanda, Rusiyada, Gürcüstanda təqdim edilməsindən, yeni çapdan çıxmış "Babamın papağı, nənəmin kəlağayısı" kitabında toplanan şeir və nəsr nümunələrinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolundan söhbət açıb.

“Ulu Öndərə mənəvi borcum” kitabının müəllifi, “Xalqlar dostluğu” ordenli Tərlan Musayeva uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən və bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyətindən danışıb.

Yazar, publisist Vaqif Osmanlı qeyd edib ki, “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabı tariximizə yeni yanaşma, Tərlan Musayevanın ömür və əmək yolunu, keçdiyi şərəfli yolun qürurverici məqamlarını özündə əks etdirir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair, yazıçı Asim Yadigar, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, şairə Aybəniz Camalova, yazıçı Sevda İbrahimli, şairə Sevinc Səbzəliyeva, Sona Teymurbəyli, Süsən Kərimli, Ümbulbanu Musayeva, Sədərək rayon MKS-nin direktoru, şairə Kəmalə Nəsrin kitablar haqqında öz təəssüratlarını bölüşüblər.

 Sonra iştirakçılara kitablar təqdim edilib, Əmək qəhrəmanı Tərlan Musayevanın həyatına aid videoçarxa və müxtəlif əl işlərindən ibarət kəlağayıların toplandığı sərgiyə baxış olub.

 Sonda təşkilatın sədri Güllü Eldar Tomarlı tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.