Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Kitabxana əməkdaşları üçün növbəti seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rayon, şəhər MKS-də fəaliyyət göstərən kitabxana əməkdaşlarına “Kütləvi tədbirlərin təşkili və sənədləşdirilməsi” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, kütləvi tədbirlərin keçirilməsində əsas məqsəd kitabxanaya oxucu gəlişini artırmaq, kitabı, elektron nəşrləri və digər çap məhsullarını geniş oxucu kütləsi içərisində təbliğ etmək, mütaliənin səviyyəsini yüksəltməkdir. Hər bir kütləvi tədbir oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov "Kütləvi tədbirlərin təşkili və sənədləşdirilməsi" adlı mövzu ilə çıxış edərək bildirib ki, əlamətdar və tarixi günlərlə bağlı məlumatların əldə edilməsində, görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin yubileylərinin, həyat və fəaliyyətlərinin təbliğ edilməsində, oxucuların mütaliəyə olan maraqlarının artırılmasında kütləvi tədbirlərin rolu əvəzsizdir. Kitabxanaçı ilk növbədə il ərzində həyata keçiriləcək kütləvi tədbirləri illik iş planında əks etdirməlidir. Kütləvi tədbirlər əyani və şifahi təbliğat vasitələri ilə həyata keçirilir. Əyani təbliğat vasitələri dedikdə, sərgilər, fotostendlər, guşələr, reklamlar və s. nəzərdə tutulur. Şifahi təbliğat vasitələri dedikdə, ədəbi-bədii gecələr, biblioqrafik icmallar, kitab müzakirələri, kitab təqdimatları, söhbətlər, yığıncaqlar və s. nəzərdə tutulur. Keçirilən tədbirlərə elan, proqram, gündəlik, tədbirin yekununda isə protokol yazılır. Tədbirlərin sənədləri və çıxışlar qovluqlarda saxlanılır. Keçirilən tədbirlər kitabxananın rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılır.
Sonda elektron lövhədə mövzu ilə bağlı slayd nümayiş edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarda Naxçıvan şəhər, rayon MKS-də fəaliyyət göstərən kitabxana əməkdaşları iştirak edib.