Klub müəssisələrinin əməkdaşlarına əməli köməkliklər göstərilir
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Culfa Rayon Mədəniyyət Sarayında, Culfa Şəhər və Qızılca, Kənd klublarında, həmçinin Camaldın, Ərəzin, Əbrəqunus, Göydərə, Xanəgah, Saltaq, Qazançı, Milax, Bənəniyar və Kırna Kənd Mədəniyyət evlərində olub, dərnək fəaliyyətinin təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi işi ilə ilə bağlı klub müəssisəsi əməkdaşlarına əməli köməkliklər göstəriblər.
Əməli köməklik zamanı klub müəssisələrində dərnək və folklor qruplarının yaradılması və dərnək fəaliyyətinin təşkili, eləcə də əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi zamanı sənədləşmə işinin aparılması ilə əlaqədar müvafiq tövsiyələr verilib.