Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib

Culfa Rayon Bənəniyar kənd Uşaq Musiqi Məktəbinin saz ixtisası üzrə müəllimi Aydın Quliyevin V sinif şagirdi Əziz Əliyevin solo konserti keçirilib.
Bənəniyar kənd Uşaq Musiqi Məktəbinin direktoru Nazil Qulusoy çıxış edərək ölkəmizdə aşıq sənətinə verilən qiymətdən, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın bu sənətə diqqət və qayğısının nəticəsi olaraq aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini vurğulayıb.
Konsertdə məktəb şagirdlərinin ifalarında aşıq musiqi nömrələri ilə yanaşı, dastanlardan parçalar səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda məktəbin saz ixtisası üzrə müəllimi Aydın Quliyev təltif edilib.