"Konstitusiya və Suverenlik İli" münasibətilə ekskursiya təşkil olunub
Şərur Rayon Mədəniyyət İdarəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Suverenlik və tarixi irsimiz" başlığı altında gənclərin E.ə ll-l minilliyə aid Oğlanqala qədim yaşayış yerinə ekskursiyası təşkil olunub.
Oğlanqala – Şərur rayonu ərazisində e.ə. II – I minilliklərə aid yaşayış yeridir. Abidə Naxçıvanın ən məhsuldar ərazisində, Arpaçaya birləşik Şərur düzənliyinin şimal qurtaracağındadır. Yaşayış yeri Zəngəzur sıra dağlarının əsas qollarından birinin üzərində yerləşir.
Qeyd edək ki, abidə Arpaçayın sahilindəki Qaratəpə dağında yerləşir. Dağın şimal yamacları sıldırımlıdır. Digər yamaclar isə möhtəşəm müdafiə divarları ilə əhatələnib. Divarların uzunluğu 1,5 – 3 metrdir. Qalınlığı isə 1 metrdən çox olan yonulmuş daşlardan tikilib.