"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Gələcəyin dahiləri" adlı intellektual bilik yarışı keçirilib.
19 may 2025-ci il tarixdə Culfa Rayon Mədəniyyət Şöbəsi və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Culfa şəhər Uşaq Musiqi Məktəbində "Gələcəyin dahiləri" adlı intellektual yarışma keçirilib.
Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində çalışan gənc əməkdaşların iştirakı ilə keçirilə yarışmada "Əlincəqala" ,"Xarıbülbül",
"Qarabağ" ,"Şuşa" və "Zəfər" komandaları iştirak ediblər. İki turdan ibarət olan intellektual yarışmada "Qarabağ" komandası 3-ü yerə, "Xarıbülbül" komandası 2-ci yerə və "Zəfər" komandası 1-ci yerə layiq görülüb.
Qalib komandalar diplomla təltif ediliblər.
Qalibləri təbrik edir və onlara uğurlar arzulayırıq!