"Konstitusiya və Suverenlik ili" nə həsr olunmuş növbəti tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində "Mən və hüquqlarım" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Nazirliyin aparıcı məsləhətçisi Elvin Əhmədov tədbirin mahiyyəti barədə danışıb.
Sonra Nazirliyin aparıcı məsləhətçi-hüquqşünası Ülvi Vəliyev tədbir iştirakçılarına "Konstitusiya və Suverenlik ili" ilə bağlı ətraflı məlumat verərək Ölkə konstitusiyası və qanunvericiliyindən bir sıra maddələri dinləyicilərin diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.