Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

"Könül mülkünün sultanı – Məhəmməd Füzuli" adlı ədəbi-bədii gecə keçirilib

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvarın 25-də “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırıb.

Bu fikirlər Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə keçirilən “Könül mülkünün sultanı – Məhəmməd Füzuli” adlı ədəbi-bədii gecədə səsləndirilib. İyunun 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Nazirliyin tabeliyindəki Mədəniyyət üzrə Elmi-metodik Mərkəzin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Taatrında keçirilən gecədə giriş sözü ilə çıxış edən Nazirliyin baş məsləhətçisi Piri Nağıyev bildirib ki, görkəmli şair Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırıb. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad ediblər. Füzulinin yubileyinin YUNESKO (UNESKO) tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub.

Mədəniyyət üzrə Elmi-metodik Mərkəzin direktoru Səyyar Məmmədovun maderatorluğu ilə keçirilən ədəbi-bədii gecədə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Sədaqət Həsənovanın, həmin kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazovun, həmin universitetin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərlinin və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Ramiz Qasımovun çıxışları olub. Çıxışlarda dahi şair Məhəmməd Füzulinin poeziyasından, onun dil-üslub xüsusiyyətlərindən geniş bəhs edilib. Bildirlib ki, Füzuli Azərbaycan ədəbi dilinin inkişaf tarixində əlamətdar cəhətlərə malik xüsusi bir mərhə­lənin yaradıcısı olub. Bu mərhələ isə Azərbaycan ədəbi dilinin inkişaf tarixində orta əsrlər dövrünün ən yüksək zirvəsini təşkil edən bir mərhələdir və bu mər­hələnin əsasını təşkil edən Füzuli üslubu nəinki sonra­kı mərhələdə, hətta sonrakı dövrdə də uzun müddət yaşa­yıb və əsrlər boyu nüfuzlu üslublardan biri sayılıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin “Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını söz sənətimizə və mədəniyyətimizə göstərilən növbəti qayğının təcəssümü kimi dəyərləndirilən alimlər şairin yaradcılığından olan nümunələri ədəbiyyatşünaslıq və dilçilik mövqeyi baxımından təhlil ediblər.

Gecədə Prezident mükafatçısı Cahangir Qurbanovun bədii rəhbərliyi və dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin, Filarmoniyanın xor kollektivinin və solistlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfüqar Mahmudovun, Ruhiyyə Hüseynovanın, Prezident mükafatçıları İlkin Abdullayevin, Nərmin Hüseynovanın və Əbülfəz Məmmədovun Füzuli yaradıcılığından nümunələrə bəstələnmiş ifaları, eləcə də muğam və təsniflər alqışlarla qarşılanıb.